Bazar , 8 Fevral 2026
Drone Cameras

Azərbaycan Türkiyənin iqtisadiyyatına investisiya qoyuluşunu 2 dəfə artırıb

Bu ilin I rübündə Azərbaycan Türkiyə iqtisadiyyatına 40 milyon ABŞ dolları investisiya yatırıb.

Boyukmillet.com xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanın Türkiyənin iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 6,7 %-dən 12,1 %-ə çatıb.

Yanvar-mart aylarında Türkiyə isə Azərbaycan iqtisadiyyatına 261,4 milyon ABŞ dolları investisiya yatırıb. Bu isə 1 il əvvələ nisbətən 10,7 % azdır.

İl ərzində Türkiyənin Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 19,3 %-dan 17,3 %-a düşüb.

Check Also

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.01.2026)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 …