2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan Udmurtiya (Rusiya Federasiyası) məhsullarını istehlak edən ölkələrin ilk onluğuna daxil olub.
Boyukmillet.com bu barədə “Kommersant”a istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan 1,6 faizlə bu onluqda 7-ci yeri tutub.
Privoljsk Gömrük İdarəsinin statistikasına əsasən, bu ilin 6 ayı ərzində tərəflər arasında ticarət dövriyyəsi 6 milyon ABŞ dolları olub.
Azərbaycan idxala 5 138, 8 min ABŞ dolları xərcləyibsə, ixracdan 921, 3 min ABŞ dolları əldə edib.
Birinci yarımildə Udmurtiya məhsullarının istehlakçısı olan ölkələr sırasına Uqanda (48,6 %), Belarus (16,9 %), Qazaxıstan (9,3 %), Özbəkistan (3,9 %), Niderland (2,7 %), Almaniya (1,8 %), Azərbaycan (1,6 %) və Ukrayna (1,5 %) daxildir.