Cümə , 19 Aprel 2024
Drone Cameras

Selcuk Bayraktar: “Qarabağ müharibəsində uğura vasitəçi olmaq bizim üçün böyük şərəfdir”

“Ölkələr artıq sonuncu pilotlu döyüş təyyarələrini istehsal edirlər. İyirmi il, on il sonra döyüşdəki ən böyük doktrinalı dəyişikliyi pilotsuz uçuş aparatları edəcək. Bunu bugünkü mütəxəssislər formalaşdıracaqlar. F-35 və F-16 qırıcıları dövrünün sona çatacağını da proqnozlaşdırırıq”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri “CNN Türk”ə müsahibəsində Türkiyənin “Baykar” şirkətinin direktoru Selçuk Bayraktar söyləyib.

“İnanırıq ki, pilotsuz döyüş təyyarələri hətta beşinci nəsil təyyarələrin belə, sonunu gətirəcək. Gələcəyin ən güclü hərbi hava qüvvələri pilotsuz döyüş təyyarələri olacaq”, – deyə o bildirib.

“Baykar” şirkətinin rəhbəri qeyd edib ki, bu mövzu Qarabağ müharibəsindən sonra müzakirə edilib. “Əgər yarışda önə çıxdığınız vaxt qaçmağa davam etsəniz, digər ölkələrin sizə çatması çətinləşir. İnkişafa davam etsək, hər hansı bir xarici və ya daxili təsiri olmasa, belə davam edəcək.

Biz hazırda bu texnologiyaya böyük marağı müşahidə edirik. İllərdir “Bayraktar”ın gəlirlərinin yüzdə yetmiş faizindən çoxu hətta ixracatdandır. Bu, müdafiə sənayesi üçün rekord göstəricidir”.

“Qardaşım Haluk Bayraktara Ukraynada fəxri fərman verildi, həm də yeni medal aldı. Atama, mənə və qardaşıma Qarabağ müharibəsindən sonra ordenlər verildi. Belə bir müharibədə müvəffəqiyyətə vasitəçi olmaq bizim üçün böyük şərəfdir”, – deyə Secuk Bayraktar əlavə edib.

O, qeyd edib ki, hazırda bir çox ölkələr Türkiyədən pilotsuz təyyarə almaq istəyirlər. Artıq 10-dan çox ölkə ilə müqavilə imzalanıb, 5 ölkəyə ixrac edilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Selçuk Bayraktarı qəbul edib. Dövlət başçısı Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin gücləndirilməsinə, əməkdaşlığın inkişafına, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətindəki haqq işinə verdiyi töhfəyə görə Selçuk Bayraktarın “Qarabağ ordeni” ilə təltif edildiyini bildirib və ordeni Selçuk Bayraktara təqdim edib.

Bu yüksək mükafata görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Selçuk Bayraktar deyib: “Həqiqətən də bu, mənim üçün böyük bir qürur və şərəfdir”.

Check Also

Azərbaycan Ordusunun Aprel qələbəsindən 8 il ötür

 Bu gün Azərbaycan və Ermənistan arasında baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür. Boyukmillet.com xatırladır ki, Azərbaycan …