Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycan və Cənubi Koreya arasında yeni qrant layihəsi həyata keçirilib

Bu gün Cənubi Koreya Hökumətinin aldığı İT sahəsinə aid avadanlıqlarla bağlı bu ölkənin Azərbaycandakı Səfirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Elektron Təhlükəsizlik Xidməti arasında müvafiq protokol imzalanıb.

Boyukmillet.com bu barədə nazirliyə istinadən xəbər verir.Məlumata görə, sənədə iki ölkə arasında rəqəmsal texnologiyalar üzrə avadanlıqların alınmasına dair həyata keçirilmiş “Kiçik miqyaslı ODA” adlı qrant layihəsi çərçivəsində imza atılıb.Bununla bağlı tədbirdə nazir müavini Fərid Əhmədov çıxış edərək Azərbaycan və Cənubi Koreya arasında dostluq münasibətləri və iqtisadi əlaqələrin genişləndiyini bildirib. Ölkələr arasında innovasiya və yüksək texnologiyalar sahəsində əməkdaşlıq perspektivlərinin yüksək səviyyədə olduğunu qeyd edən nazir müavini hökumət üçün rəqəmsal transformasiyanın əsas prioritet sahələrdən biri olduğunu vurğulayıb.Cənubi Koreya səfiri Li İn-Yonq ölkəmizlə əlaqələr, eyni zamanda hökumətinin Azərbaycana təqdim etdiyi proqram və layihələr haqqında məlumat verərək tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair əminliyini ifadə edib.“Kiçik miqyaslı ODA” qrant layihəsi çərçivəsində əldə olunmuş avadanlıqlar kibertəhlükəsizlik sahəsində fəaliyyətin həyata keçirilməsində, eləcə də İKT sahəsində təşkil olunan təlim-tədris prosesləri, bu sahədə məlumatlılığın artırılması və insan kapitalının gücləndirilməsi, regionlarda startapların dəstəklənməsi və buradakı universitetlərdə tədqiqatın genişləndirilməsində istifadə ediləcək. Layihə 11 yanvar 2019-cu ildə imzalanmış iki ölkənin hökumətləri arasında “Qrant yardımı Çərçivə Sazişi” əsasında həyata keçirilir.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …