Bazar ertəsi , 7 Oktyabr 2024
Drone Cameras

Azərbaycan və Ermənistan baş nazir müavinlərinin görüşəcəyi yer açıqlanıb

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının iclası noyabrın 30-da Karvansara (İcevan) və Qazax rayonları ərazisindəki sərhədyanı məntəqədə keçiriləcək.

Boyukmillet.com xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.

Toplantıda iki ölkə arasında dövlət sərhədinin demarkasiya və delimitasiyası məsələləri müzakirə olunacaq.

Komissiyalara Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan rəhbərlik edir.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Ermənistana sərhədyanı bölgədə təkbətək görüş keçirilməsini təklif etmişdi. Noyabrın 22-də rəsmi İrəvan sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsinə razılıq vermişdi.

Check Also

İlham Əliyev: Ermənistan hələ də Milli Qəhrəman Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir

Müxtəlif vaxtlarda Ermənistanda olan hərbi canilər, komandirlər kütləvi məzarlıqlar barədə məlumatlara sahib olduqlarını bildiriblər. Boyukmillet.com …