Bazar , 19 May 2024
Drone Cameras

Azərbaycan və İsveçrə diplomatların ailə üzvlərinin qarşılıqlı şəkildə qəbul edən dövlətdə işləməsinə icazə verəcək

Azərbaycan və İsveçrə diplomatların ailə üzvlərinin qarşılıqlı şəkildə qəbul edən dövlətdə işləməsinə icazə verəcək.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında diplomatik nümayəndəliklərin, konsulluqların və daimi nümayəndəliklərin üzvlərini müşayiət edən şəxslər tərəfindən haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Sənəddə qeyd edilib ki, razılığa gələn tərəflərdən birinin diplomatik nümayəndəliklərinin, konsulluqlarının və beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliklərinin digər razılığa gələn tərəfdə və ya razılığa gələn tərəfin ərazisində təsis edilmiş beynəlxalq təşkilatda rəsmi akkreditə olunmuş üzvlərini müşayiət edən şəxslərə, bu sazişə əsasən, qəbul edilən dövlətdə və müşayiət etdikləri şəxslər eyni evdə yaşadıqları təqdirdə, qarşılıqlı şəkildə qəbul edən dövlətdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə veriləcək. Bundan başqa, qəbul edən dövlətin müəyyən haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi ilə bağlı milli qanunvericiliyi qorunub saxlanılır.

Müşayiət edən şəxslər dedikdə aşağıdakılar nəzərdə tutulur:

  • diplomatik nümayəndəliyin, konsulluğun və ya daimi nümayəndəliyin üzvünün xüsusi yaşama ərizəsinə malik nikahda olduğu həyat yoldaşı;
  • diplomatik nümayəndəliyin, konsulluğun və ya daimi nümayəndəliyin üzvünün qəbul edən dövlətin milli qanunvericiliyinə uyğun olaraq xüsusi yaşama icazəsi olan 25 yaşına çatmamış subay uşaqları, həmin uşaqlar 21 yaşına çatmamış diplomatik nümayəndəliklərin, konsulluqların və ya daimi nümayəndəliklərin üzvünün rəsmi səlahiyyətli müşayiət edən şəxs qismində qəbul edən dövlətə daxil olduqda və ya
  • diplomatik nümayəndəliyin, konsulluğun və ya daimi nümayəndəliyin üzvünü müşayiət edən, qəbul edən dövlətin milli qanunvericiliyinə uyğun olaraq xüsusi yaşama icazəsi olan hər hansı şəxsə qəbul edən dövlət özünün qüvvədə olan daxili qaydalarına əsasən, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmağa icazə verilə bilər.

Sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Check Also

Latviya parlamentinin sədri Füzulidə səfərdədir

Latviya Respublikası parlamentinin sədri Daiga Mierinanın başçılıq etdiyi nümayəndə heyəti Füzuli rayonuna gəlib. Boyukmillet.com xəbər verir …