Şənbə , 20 Aprel 2024
Drone Cameras

Azərbaycan və Özbəkistan enerji əməkdaşlığına dair Yol Xəritəsini müzakirə edib

Azərbaycan və Özbəkistan enerji əməkdaşlığına dair Yol Xəritəsinin icrasını müzakirə edib.

Boyukmillet.com xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov bu gün Qazaxıstanın Almatı şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatı (TDT) enerji nazirlərinin 2-ci iclası çərçivəsində Özbəkistan energetika nazirinin birinci müavini – nazir vəzifəsini icra edən Azim Ahmedxacayev ilə görüşü zamanı bildirib.

Görüşdə Azərbaycanla Özbəkistan arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair bu ilin avqust ayında imzalanmış Yol Xəritəsinin icrasından irəli gələn məsələlər müzakirə edilib. Həmçinin Azərbaycandan neft və neft-kimya məhsullarının nəqli, elektrik və qaz-turbin stansiyaları layihələri, eləcə də enerji tənzimləməsi məsələləri üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Bildirilib ki, dövlət başçılarının siyasi iradəsi və qarşıya qoyulmuş vəzifələr ölkələrimiz arasında hərtərəfli münasibətlərin inkişafı ilə bağlı fəaliyyətimizin əsasını təşkil edir. Qarşılıqlı səylərin gücləndirilməsi və koordinasiyalı fəaliyyət sayəsində enerji sahəsində çoxşaxəli əməkdaşlıq istiqamətlərimiz ölkələrimiz arasında strateji tərəfdaşlığımızın dərinləşməsinə töhfə verəcəkdir.

Xatırladaq ki, Türk Dövlətləri Təşkilatı enerji nazirlərinin 2-ci iclası çərcivəsində neft-qaz, neft-kimya, bərpa olunan və ağıllı enerji, enerji səmərəliliyi sahələrində əməkdaşlıq, yaşıl enerji keçidi, dayanıqlı enerjinin inkişafı üzrə müzakirələr aparılacaq.

İclasda nazir P. Şahbazovun çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Check Also

Azərbaycan və EBRD COP29 ərəfəsində keçiriləcək ilk bərpa olunan enerji hərracını dəyərləndirib

Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Avropa Enerji Qrupu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə …