Cümə , 27 Mart 2026
Drone Cameras

Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişinə dəyişikliyə dair protokol paraflanıb

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə Dəyişiklik Haqqında Protokol paraflanıb.

Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Tviter” hesabında bildirib.

Onun sözlərinə görə, paraflanma Türkiyənin ticarət naziri Mehmet Muş ilə görüş çərçivəsində baş tutub.

“Qarşılıqlı ticarətdə güzəşt tətbiq olunacaq yeni məhsul siyahılarının razılaşdırılması ticarət tərəfdaşlığının daha da güclənməsinə töhfə verəcək”, – deyə azərbaycanlı nazir qeyd edib.

Check Also

Ermənistana dizel yanacağı və gübrə daşıyan qatar Biləcəridən yola düşüb

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağının və Rusiya gübrəsinin tədarükü baş tutur. Boyukmillet.com xəbər verir ki, …