Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

Azərbaycan və Türkiyə qırıcıları İstanbul üzərində uçuşlar keçiriblər

Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus qırıcı təyyarələr İstanbul üzərində nümunəvi uçuşlar həyata keçiriblər.

Boyukmillet.com-un xəbərinə görə, uçuşda Türkiyə HHQ-yə məxsus F-16, F-4 və Azərbaycan HHQ-nə aid 2 ədəd MiQ-29 qırıcı təyyarələri olmaqla ümumilikdə 15 təyyarə iştirak edib.

Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti və aviasiya vasitələri “Texnofest-2021” festivalına qatılmaq üçün İstanbula yola düşüb. Sentyabrın 21-də başlayacaq festivalda Azərbaycan tərəfindən HHQ-nin 2 ədəd MiQ-29 qırıcı təyyarəsinin nümunəvi uçuşları planlaşdırılır. Festival sentyabrın 26-dək davam edəcək.

Check Also

Qanlı 20 Yanvar faciəsindən 36 il ötür

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin 36-cı ildönümüdür. …