Cümə axşamı , 10 Aprel 2025
Drone Cameras

Azərbaycan vətəndaşları 70 ölkəyə vizasız gedə bilərlər

Azərbaycan “Henley & Partners Visa Restrictions Index”də 76-cı yerdə qərarlaşıb və ölkə vətəndaşları dünyanın 70 ölkəsinə vizasız gedə bilərlər.

Bu barədə Boyukmillet.com. qurumun 2023-cü ilin birinci rübünə dair hesabatına istinadən xəbər verir.

Bu, ötən illə müqayisədə bir ölkə çoxdur.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycan bu reytinqdə 78-ci yerdə qərarlaşmışdı.

Reytinqdə ilk sıranı 193 ölkəyə vizasız getmək hüququ verən Yaponiya pasportu tutur. Sonrakı yerlərdə Sinqapur və Cənubi Koreya (192) qərarlaşıb.

Check Also

Azərbaycana gələn turistlərin sayı niyə azalıb?

“Bu ilin iki ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.7 …