Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

“Azərbaycan xalqı bu sınaqdan da alnıaçıq çıxacaq” – Şura üzvü

“Bu addım ölkə başçısının bir daha əhalinin sağlamlığına nə dərəcədə diqqət ayırdığını, eyni zamanda səhiyyə istiqamətində gördüyü islahatların tərkib hissəsidir”.

Boyukmillet.com xəbər verirki, bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov Prezident İlham Əliyevin yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncamı ilə bağlı fikirlərini səsləndirərkən deyib

O bildirib ki, bu Sərəncamla Prezident İlham Əliyev koronavirusla mübarizə istiqamətində daha bir mühim addım atdı və həmin sahədə çalışan həkimlərin əmək haqqı maksimum 5 dəfəyə qədər qaldırıldı:”

Hesab edirəm ki, bu addım ölkə başçısının bir daha əhalinin sağlamlığına nə dərəcədə diqqət ayırdığını, eyni zamanda səhiyyə istiqamətində gördüyü islahatların tərkib hissəsidir. Prezident bununla həmin istiqamətdə çalışan işçilərin maaşını qaldırmaqla yanaşı, eyni zamanda onların işinə verdiyi böyük dəyər və qiyməti nümayiş etdirdi. Həmin sahədə çalışan işçilər üçün bu çox böyük bir addımdır”

.Anar Xəlilov əlavə edib ki, ümumiyyətlə, Azərbaycan koronavirusla bağlı mübarizədə dünyanın bir çox aparıcı ölkələrindən daha öndədir:

“Bu sahədə dövlət daha böyük və daha çevik addımlar atır. Həm Operativ Qərargahın yaradılması, həm qonşu ölkələrlə sərhədlərin bağlanması, həm təhsil müəssisələrinin öz fəaliyyətini dayandırması, həm də bəzi müəssisələrin fəaliyyətinin məhdudlaşdırılması, həmçinin Bakıya giriş və çıxışda məhdudiyyətlərin qoyulması təhlükəsizlik tədbirlərinin artırılmasına xidmət edir. Ümumiyyətlə, bu addımların nəticəsidir ki, Azərbaycanda koronavirus təhlükəli dərəcədə yayılmayıb. Prezident İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, Azərbaycan xalqı dövlətimizin və Prezidentin qayğısı ilə bu sınaqdan da alnıaçıq, üzüağ çıxacaq.

Hesab edirəm ki, Prezidentin qəbul etdiyi Sərəncamdan sonra səhiyyə sahəsində çalışan işçilər də öz işlərində daha diqqətli və insanlara qarşı daha qayğıkeş olacaqlar. Məhz, bu addımlarla yanaşı Azərbaycan vətəndaşları da bir qədər məsuliyyətli olmalı və dövlətimizin mübarizə siyasətinə dəstək verməlidirlər”.

Müəllif: Nigar Məmmədova

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …