Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycan XİN başçısı Antalya Diplomatiya Forumuna dəvət olunub

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov gələn ilin martında keçiriləcək Antalya Diplomatiya Forumuna dəvət olunub. 

Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, C.Bayramov Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcını qəbul edib. Tərəflər iki ölkə arasında ən yüksək səviyyədə inkişaf edən qarşılıqlı əməkdaşlıq və müttəfiqlik münasibətlərinin gündəliyi üzrə fikir mübadiləsi aparıblar.

2021-ci ilin hər iki dövlət üçün həm ikitərəfli münasibətlərin inkişafı baxımından, həm də regional və qlobal müstəvilərdə olduqca zəngin və diplomatiya ağırlıqlı bir il olduğu qeyd edilib, qarşıdan gələn ildə bu münasibətlərin daha da irəli aparılması üçün səylərin səfərbər ediləcəyi vurğulanıb.

Türkiyəli diplomat gələn ilin mart ayında təşkil olunacaq Antalya Diplomatiya Forumuna dəvət məktubunu C.Bayramova təqdim edib. Nazir dəvətə görə təşəkkür edərək birinci forumun olduqca uğurlu bir platforma olduğunu bildirib və qarşıdan gələn tədbirdə məmnuniyyətlə iştirak edəcəyini söyləyib.

Görüşdə tərəflər Azərbaycan və Türkiyənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı məsələlərini, həmçinin hər iki dövlətin təşəbbüsü və birgə iştirakı ilə həyata keçirilən layihələri, eləcə də “3+3” formatında bu yaxınlarda ilk görüşü baş tutan regional məsləhətləşmələr mexanizmi, üçtərəfli və dördtərəfli əməkdaşlıq platformalarının perspektivlərini müzakirə ediblər.

Tərəflər qarşıdan gələn 2022-ci il üzrə ən xoş arzularını bölüşüblər.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …