Bazar , 19 Yanvar 2025
Drone Cameras

Azərbaycan XİN Ermənistanla sərhəddə delimitasiyası üzrə komissiyanın iclasının noyabrın 30-da keçiriləcəyini təsdiqləyib

“Əldə olunan razılaşmaya əsasən, noyabr ayının 30-da Azərbaycan ilə Ermənistan arasında sərhəd bölgəsində Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti 5-ci iclası keçiriləcək”.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

Qeyd edək ki, bu gün Ermənistan XİN Azərbaycanla noyabrın 30-da iki ölkənin sərhədində delimitasiya ilə bağlı görüşün keçirilməsi barədə razılığa gəlindiyi barədə məlumat yaymışdı.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Ermənistana sərhədyanı bölgədə təkbətək görüş keçirilməsini təklif etmişdi. Noyabrın 22-də rəsmi İrəvan sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsinə razılıq vermişdi.

Check Also

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası ilə əlaqədar istiqamətlər müəyyənləşib

Görüş Şahin Mustafayev və Mher Qriqoryanın sədrliyi ilə reallaşıb Yanvarın 16-da Azərbaycanla Ermənistan arasında dövlət …