Bazar , 11 Yanvar 2026
Drone Cameras

Azərbaycan XİN Serbiyanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi Serbiyanı Milli Gün münasibətilə təbrik edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi tviter səhifəsində paylaşım edilib.

“Serbiya Respublikasının Milli Günü münasibətilə Serbiya hökumətinə və xalqına ən xoş arzularımızı və səmimi təbriklərimizi çatdırırıq. Biz Azərbaycan və Serbiya arasında dostluq və strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsini səbirsizliklə gözləyirik”, – tvitdə qeyd olunub.

Qeyd edək ki, Serbiyada hər il fevralın 15-də Osmanlı hakimiyyətinə qarşı Serb İnqilabına (1804-1835) çevrilən 1804-cü ildə Birinci Serb üsyanının başlanması qeyd olunur. İnqilab Osmanlı İmperiyası tərəfindən Serbiya dövlətinin tanınmasına səbəb olub. Üsyan nəticəsində 10 minlərlə Osmanlı əsgəri həlak olub.

Check Also

Prezident: Çin və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik

“Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii …