Cümə , 30 Yanvar 2026
Drone Cameras

Azərbaycan yazıçıları Türkiyədə ədəbiyyat və mədəniyyət düşərgəsində iştirak ediblər

Azərbaycan yazıçıları Türkiyədə təşkil olunan ədəbiyyat və mədəniyyət düşərgəsində iştirak ediblər.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, 5 gün ərzində onlar fikir mübadiləsi aparıb, müxtəlif mövzuları müzakirə ediblər.

Düşərgə çərçivəsində 258 lisey və universitet tələbəsinə, həmçinin alim və yazıçılar üçün müxtəlif seminarlar təşkil olunub.

Düşərgədə Türkiyə və Azərbaycanla yanaşı, Qırğızıstan, Bosniya və Hersoqovina, Kosova və Bolqarıstandan olan nümayəndələr də iştirak ediblər.

Check Also

Dövlət teatrlarında bədii rəhbər və baş rejissor vəzifələri ləğv edilib

Azərbaycanda dövlət teatrlarında bədii rəhbər, baş rejissor, baş rəssam və bu kimi bir sıra digər …