Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycanda əmək kitabçaları YIĞIŞDIRILIR

2020-ci ildə biz əmək münasibətləri və məşğulluq alt sisteminin yaradılmasına başladıq. Proses bütünlükdə ölkənin həm əmək qanunvericiliyinin, həm məşğulluq siyasətinin, həm də kitab inzibatçılığının böyük ölçüdə elektronlaşdırılmasına gətirib çıxaracaq.

Boyukmillet.com-un məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında deyib.

Agentlik sədrinin sözlərinə görə, bu sistem mərhələli şəkildə kağız əmək müqavilələrini ləğv etməyə, əmək kitabçalarının dövriyyədən çıxarılmasına imkan verəcək:

“Bundan əlavə ezamiyyə vərəqələrini, kağız üzərində əmrləri, ştat cədvəllərini, digər kağız daşıyıcılarını ləğv edərək elektron müstəviyə keçməyi nəzərdə tuturuq”.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …