Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

Azərbaycanda 13 partiya ləğv edildi

Vahid Azərbaycan Milli Birlik Partiyası və “Qorqud” Partiyası ləğv olunması ilə bağlı qərar qəbul edib.

Sitat.info xəbər verir ki, buna dair aidiyyəti sənədlər Ədliyyə Nazirliyinə təqdim olunub. Partiyaların ləğvi barədə qeyd 15.08.2023-cü il tarixdə qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edilib.

Bununla da avqust ayında ləğv olunan partiyaların sayı 13-ə çatıb.

Qeyd edək ki, daha əvvəl Azərbaycan Naminə Alyans Partiyası, Birlik Partiyası, Azərbaycan Təkamül Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Milli Vəhdət Partiyası, “Yeni Yol” Partiyası, Müstəqil Xalq Partiyası və Azərbaycan Milli Demokrat Partiyası ləğv olunması ilə bağlı qərar qəbul edib və bunlara dair aidiyyəti sənədləri Ədliyyə Nazirliyinə təqdim ediblər. Həmin partiyaların ləğvi barədə qeyd müvafiq tarixlərdə qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil olunub.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …