Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb ediliblər

Azərbaycan Mərkəzi Bankı (AMB) “PAŞA Bank” ASC-nin və “Yapı Kredi Bank Azərbaycan” QSC-nin vəzifəli şəxslərini inzibati məsuliyyətə cəlb edib.

Boyukmillet.com bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində hər iki bankda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması aşkarlanıb. Son nəticədə İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci, 598.4-cü maddələrinə əsasən “PAŞA Bank”ın vəzifəli şəxsi Ağdam Rayon Məhkəməsinin qərarı ilə 10 min manat, Məcəllənin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən isə “Yapı Kredi Bank Azərbaycan”ın vəzifəli şəxsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 8 min manat cərimə edilib.

Check Also

Azərbaycanda vahid xəzinə hesabının idarə edilməsindən ötən il 121 milyon manat gəlir əldə olunub

2025-ci ildə Azərbaycanda vahid xəzinə hesabının effektiv idarə edilməsi sayəsində dövlət büdcəsinə ümumilikdə 121 milyon manat gəlir …