Bazar , 11 Yanvar 2026
Drone Cameras

Azərbaycanda “Apple Pay” və “Google Pay” ilə aparılmış ödənişlərin məbləği açıqlanıb

Azərbaycanda bu ilin yanvar-may aylarında “Apple Pay” və “Google Pay” həllər vasitəsilə ödənişlər müvafiq olaraq 327 milyon və 107 milyon manat təşkil edib.

Boyukmilley.com xəbər verir ki, bunu Mərkəzi Bankın baş direktoru Fərid Osmanov Bakıda keçirilən “Fintech Summit 2023” – Maliyyə və Texnologiyalar Sərgisində “Müasir bankçılıq və maliyyə ekosisteminin inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı paneldə deyib.

Onun sözlərinə görə, mayın əvvəlinə Azərbaycanda ödəniş kartların sayı 18 % artıb:

“Bu kartların 70 %-indən çoxu təmassızdır. Onu da qeyd edim ki, yanvar-may aylarında nağdsız ödənişlərin həcmi 2 dəfə artaraq 12,2 milyard manat təşkil edib. Ümumi dövriyyədə nağdsız ödənişlərin çəkisi payı 11,8 faiz bəndi artaraq 52 %-ə çatıb”.

Check Also

Azərbaycanda vahid xəzinə hesabının idarə edilməsindən ötən il 121 milyon manat gəlir əldə olunub

2025-ci ildə Azərbaycanda vahid xəzinə hesabının effektiv idarə edilməsi sayəsində dövlət büdcəsinə ümumilikdə 121 milyon manat gəlir …