Cümə , 5 Dekabr 2025
Drone Cameras

Azərbaycanda “Avtomobil nəqliyyatı haqqında” qanun dəyişdi

Prezident İlham Əliyev Milli Məclisin oktyabrın 31-də qəbul etdiyi “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Boyukmillet.com xəbər verir ki, yenilənmiş qanuna əsasən, ümumi istifadədə olan sərnişin avtomobil nəqliyyatına, habelə müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinə dair ümumi tələblər avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən olunur. Müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyən edilməsi, onların quraşdırılması, idarə edilməsi və saxlanılmasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təmin edir.

Avtomobil nəqliyyatının infrastruktur obyektlərinin (dayanacaq məntəqələri istisna olmaqla) yerləşdirilməsi, yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulması sərnişin və yük axınının həcminə, həmçinin nəqliyyat xidmətləri istehlakçılarının tələbatına uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla şəhərsalma və tikinti qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Check Also

Xankəndidə Türkiyə vətəndaşlarını qanunsuz işlədən qadın biznesmen CƏZALANDIRILDI

Xankəndidə əcnəbiləri qanunsuz əməyə cəlb edən şirkət cərimələnib. Boyukmillet.com lent.az-a istinadən xəbər verir ki, şəhərdə …