Bazar ertəsi , 8 İyul 2024
Drone Cameras

Azərbaycanda COVID-19-a yoluxanların sutkalıq sayı yenə 4 mini keçib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4203 yeni yoluxma faktı qeydə alınıb, 1 724 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 35 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 409 745 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 354 864 nəfər müalicə olunaraq sağalıb, 5 469 nəfər vəfat edib. 49 412 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 136, bu günə qədər isə ümumilikdə 4 395 646 test icra olunub.

Check Also

TƏBİB rəsmisi: 2024-cü ilin ilk üç ayı ərzində vətəndaşlara 5 852 017 tibbi xidmət göstərilib

TƏBİB tərəfindən tabeli tibb müəssisələrində əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, göstərilən ixtisaslaşdırılmış tibbi xidmətlərin …