Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Azərbaycanda daha 603 nəfər koronavirusa yoluxub, 6 nəfər vəfat edib – Qərargah son məlumatı yaydı

Azərbaycanda koronavirus infeksiyasına 603 yeni yoluxma faktı qeydə alınıb, 234 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, son sutkada 6 nəfər COVID-19-dan vəfat edib: “İndiyədək ölkədə ümumilikdə 240 960 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 230 116 nəfər müalicə olunaraq sağalıb, 3 257 nəfər vəfat edib, aktiv xəstə sayı 4 402-dir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 945, bu günə qədər isə ümumilikdə 2 710 126 test icra olunub”.

Check Also

“Ramiz Mehdiyev işi” çərçivəsində iki sabiq nazirin əmlakı müsadirə oluna bilər – ŞOK ADLAR

2025-ci ilin oktyabr ayında Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 193-1.3.2-ci (cinayət …