Cümə axşamı , 9 May 2024
Drone Cameras

Azərbaycanda elektrik enerjisi istehsalı 1 % artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 24 032,8 milyon kVt/s elektrik enerjisi istehsalı edilib.

Boyukmillet.com xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov özünün “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 278,5 milyon kVt/s və yaxud 1,2 % çoxdur.

O cümlədən, hesabat dövründə İES-lər üzrə 22 213,8 milyon kVt/s, su da daxil olmaqla bərpa olunan mənbələrdən 1 819 milyon kVt/s elektri kenerjisi istehsal edilib.

Bundan başqa, nazir qeyd edib ki, 10 ay ərzində ölkəmiz 2 357,1 milyon kVt/s elektrik enerjisi ixrac edib, 190,1 milyon kVt/s isə elektrik enerjisi idxal edib.

Check Also

TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən mayın 6-da …