Çərşənbə , 8 May 2024
Drone Cameras

Azərbaycanda həbsdə olan polkovnik azadlığa buraxıldı

Bakı Hərbi Məhkəməsində rüşvət almada təqsirləndirilən Samiq Əzizovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Boyukmillet.com-un xəbərinə görə, hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Əzizovun barəsində Cinayət Məcəlləsinin 70-ci (Şərti məhkum etmə) maddəsi tətbiq olunaraq, ona şərti cəza verilib. S.Əzizov məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsində çalışmış polkovnik S.Əzizov 2020-ci ilin may ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluğun keçirdiyi əməliyyat zamanı həbs edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.

Check Also

Anar Məmmədli haqqında həbs qərarı verildi

Hüquq müdafiəçisi ittihamı absurd adlandırıb Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri, insan hüquqları …