Şənbə , 28 Mart 2026
Drone Cameras

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma tariflərinin yuxarı hədləri təsdiqlənib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri”ni təsdiqləyib.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.

Qərara əsasən, yuxarı hədlər (əks istiqamət üzrə eyni olmaqla) aşağıdakı kimi müəyyənləşib:

Ölkədaxili sərnişin hava gəmilərində yükün, poçtun və normadan artıq baqajın daşınması üçün tarif ƏDV daxil olmaqla hər kiloqram üçün 0,3 manat məbləğində müəyyənləşib.

Nazirliyin Hüquq şöbəsinə bu qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Check Also

Azərbaycanın qızıl satışından qazancı 51 faiz artıb

Dünyada qızılın qiymətinin kəskin bahalaşması fonunda Azərbaycanın qiymətli metalların ixracından əldə olunan gəlirləri 51 faiz …