Şənbə , 18 Yanvar 2025
Drone Cameras

Azərbaycanda “istehlak səbəti”nin tərkibinə yenidən baxılması təklif olunur

Azərbaycanda inflyasiyanın hesablanması üçün istifadə olunan “istehlak səbəti”nin tərkibinə yenidən baxılmalıdır.

Boyukmillet.com xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Dövlət Statistika Komitəsi bu ilin aprel ayında Azərbaycanda qiymət artımının qeydə alınmadığını – aylıq inflyasiyanın 0 % olduğunu açıqlayıb. Halbuki, kifayət qədər qiymət artımı var. Elə məhsullar var ki, insanlar onları bir neçə ildən bir alır. Təklif edirəm ki, səbətə daxil olan malların siyahısını yenidən nəzərdən keçirək”, – deyə o qeyd edib.

Check Also

Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? 

ABŞ dolları əsas dünya valyutalarına nisbətdə son iki ilin ən yüksək həddinə çatıb – dollar …