Bazar , 19 Yanvar 2025
Drone Cameras

Azərbaycanda koronavirusa 402 yeni yoluxma qeydə alınıb, 15 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 650 nəfər müalicə olunaraq sağalıb, 402 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 226 min 951 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 214 min 423 nəfər müalicə olunaraq sağalıb, 2 998 nəfər vəfat edib. Aktiv xəstə sayı 9 530 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 311 min 417 test aparılıb. Bugünkü test sayı isə 8574-dür.

Check Also

Milli Qəhrəman Hökumə Əliyevanın ailəsinə qarşı DƏLƏDUZLUQ: Cinayət işi açıldı

“Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvü, Milli …