Bazar , 23 Fevral 2025
Drone Cameras

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 148 yeni yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Open.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 35 707 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 281 nəfər müalicə olunaraq sağalıb, 522 nəfər vəfat edib, 1 904 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 791, bu günə qədər isə ümumilikdə 892 070 test icra olunub.

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı

Check Also

Azərbaycanda həbsdə olan Ruben Vardanyan aclıq aksiyasına başlayıb

O, bunu “beynəlxalq və Azərbaycan prosessual hüququnun kobud şəkildə pozulmasına cavab” adlandırır Azərbaycanda həbsdə olan …