Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Azərbaycanda müharibədən sonra minaya düşüb ölən və yaralanan şəxslərin sayı açıqlanıb

“Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları öldürməkdə və şikəst etməkdə davam edir”.

Boyukmillet.com xəbər verir ki, bu sözlər Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) tviter səhifəsində yer alıb.

Qeyd olunub ki, bu gün Azərbaycanın daha bir hərbi qulluqçusu mina partlaması nəticəsində həlak olub:

“2020-ci il müharibəsinin sonundan bəri 288 azərbaycanlı minaya düşüb, onlardan 50-si həyatınıı itirib. Beynəlxalq ictimaiyyət Ermənistanın yaratdığı mina təhlükəsindən narahatlığını ifadə etməlidir”.

Check Also

İran böhranı pik həddə-Rusiya vətəndaşlarını Bakı üzərindən çıxarır

Rusiya İrandakı vəziyyət fonunda vətəndaşlarının təxliyəsinə başlayıb. Boyukmillet.com xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinə …