Şənbə , 18 May 2024
Drone Cameras

Azərbaycanda “Reklam haqqında” qanunun dəyişdirilməsi təklif olunur

Audiovizial Şura “Reklam haqqında” qanunun dəyişdirilməsi ilə bağlı bir sıra təkliflər hazırlayıb.

Boyukmillet.com xəbər verir ki, bunu Şuranın aparat rəhbəri Fazil Novruzov Bakıda “Audivizual mühitdə reklam fəaliyyəti” mövzusunda keçirilən seminarda bildirib.

“Təkliflərdən biri reklamın müddəti ilə bağlıdır. Reklamın 1 saat ərzində 12 dəqiqədən çox olmamaqla 3 blok şəklində təqdim edilməsi təklif olunur. Həmçinin tövsiyə olunub ki, 20 dəqiqədən az olan proqramlar, uşaq və dini proqramlar reklamla kəsilməsin, rəsmi matəm günlərində reklam verilməsin. Həmçinin 1 sutka ərzində 60 dəqiqəlik və maksimum 6 blok teleticarət verilməsi təklif edilib”, – deyə o, qeyd edib.

Check Also

İsmayıllıda inşa ediləcək zavoda 68 milyon manata yaxın investisiya yatırılacaq

Azərbaycanın İsmayıllı rayonunda “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin yeni istehsal müəssisəsinin təməlqoyma mərasimi keçirilir. Boyukmillet.com xəbər …