Yanvarın 1-dən Rusiyada da Azərbaycan vətəndaşları 90 gündən çox qala bilməyəcək
Azərbaycanda yaxın günlərdə Rusiya vətəndaşlarının vizasız müvəqqəti qalma qaydaları dəyişdiriləcək.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə məlumat verib.
O qeyd edib ki, Azərbaycan tərəfi müvəqqəti qalma və miqrasiya məsələlərində paritet və qarşılıqlılı prinsiplərdən çıxış edəcək.
“Azərbaycan tərəfi hər bir xarici siyasət məsələlərində olduğu kimi, müvəqqəti olma və miqrasiya məsələlərində də paritet və qarşılılıq prinsiplərindən çıxış edəcək. Bununla əlaqədar, yaxın günlərdə Azərbaycan ərazisində Rusiya vətəndaşlarının müvəqqəti olma müddəti barədə qaydalara dəyişiklik edilməsi nəzərdə tutulub”, – Ayxan Hacızadə bildirib.
2025-ci il yanvarın 1-dən Rusiya ərazisində xarici vətəndaşların vizasız müvəqqəti qalma müddəti il ərzində 90 gündən çox olmayacaq.
Qeyd edilən müddət Rusiya qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud olduqda (əmək fəaliyyəti üçün patent aldıqda, müvəqqəti yaşamaq üçün müraciəti qəbul olunduqda və s.) uzadıla bilər.
Hazırkı qaydalara görə bu müddət 180 gün ərzində 90 gün, 1 il ərzində isə 180 gündür.