Bazar ertəsi , 12 May 2025
Drone Cameras

Azərbaycanda tanınmış müğənni koronavirusa yoluxub, süni tənəffüs aparatına qoşulub

Tanınmış müğənni Səyyad Əlizadə koronavirusa yoluxub.

Bunu “Report”a açıqlamasında müğənninin qohumu Razim Qarayev deyib.

O bildirib ki, S.Əlizadə 10 gün əvvəl COVİD-19 infeksiyasına yoluxub: “Ötən gün vəziyyəti ağırlaşdı. Axşam təcili yardım çağırdıq. Bu gün səhhəti daha da pisləşdiyindən Zığ qəsəbəsində yerləşən modul tipli hospitala yerləşdirilib.

Hazırda reanimasiya şöbəsindədir və süni tənəffüs aparatına qoşulub. Müəlicəsi davam etdirilir, ancaq vəziyyəti ağırdır”.

Check Also

Nazirlik rəsmisi: Ağdam Muğam Mərkəzi Qarabağda muğamın işğaldan əvvəlki şöhrətini bərpa edəcək 

Ağdam Muğam Mərkəzi Qarabağ bölgəsində muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpasında mühüm rol oynayacaq. …