Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

Azərbaycanda tütün məmulatlarının və içkilərin qiyməti artacaq

Nazirlər Kabineti aksiz vergisini qaldırdı

Azərbaycana idxal edilən tütün məmulatları və içkilərin aksiz vergisi artırılıb.

Nazirlər Kabineti Azərbaycana gətirilən aksizli malların aksiz dərəcələri ilə bağlı qanuna dəyişiklik edib.

Baş nazir Əli Əsədovun imzaladığı yeni qərara əsasən, idxal edilən etil spirtinin (həcm faizi 80 və ya çox spirt qatılığı ilə) hər litri üçün aksiz vergisi 6 manatdan 6,8 manata qaldırılıb. Üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturaların hər litri üçün aksiz vergisi 8 manatdan 8,8 manata, viski, rom və digər spirtli tinkturalar, şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınan cin və ardıc tinkturası, araq, likörlər və digər spirtli içkilərin hər litri üçün aksiz vergisi 12 manatdan 12,8 manata qaldırılıb.

Şampan şərabının hər litri üçün aksiz vergisi isə 5,1 manatdan 2,7 manata endirilib.

Tərkibində tütün olan siqarlar, o cümlədən ucları kəsilmiş siqarlar və tərkibində tütün əvəzləyicisi olan siqarillaların hər 1 000 ədədi üçün aksiz vergisi 43 manatdan 45,5 manata, tərkibində tütün olan siqaretlər və tərkibində tütün əvəzləyicisi olan siqaretlərin hər 1 000 ədədi üçün aksiz vergisi 46,5 manatdan 53,5 manata, alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulların hər 1 000 ədədi üçün aksiz vergisi 14 manatdan 16 manata, birdəfəlik istifadə olunan elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər ədədi üçün aksiz vergisi 0,25 manatdan 2 manata qaldırılıb.

Qərar iyulun sonunda qüvvəyə minəcək.

Check Also

NAXÇIVAN DÖVLƏT BÜDCƏSİNİN TALANMASININ YOLLARINDAN BİRİ…

Mövcud qaydalara görə Azərbaycan Dövlət Tibb Universitetinin,Naxçıvan Dövlət Universiteti Tibb fakultəsinin məzunları həkim mütəxəssis kimi …