Cümə , 30 Yanvar 2026
Drone Cameras

Azərbaycanda “Zəfər” musiqi və teatr festivalı başlayır

8 noyabr – Zəfər Günü münasibətilə cari ilin 22 oktyabr – 8 noyabr tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Zəfər” musiqi və teatr festivalı keçiriləcək.

Boyukmillet.com xəbər verir ki, “Zəfər” festivalı Bakı şəhəri ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərinin, İsmayıllı, Biləsuvar, Sabirabad, Xaçmaz rayonlarının bir sıra mədəniyyət ocaqlarında tarixi qələbəmizə həsr olunmuş silsilə tədbirlərlə davam edəcək.

Festival çərçivəsində bədii kollektivlərin və solistlərin iştirakı ilə rəngarəng proqramlar, bəstəkarlarımızın tarixi zəfərimizə həsr etdiyi simfonik əsərlərdən və vokal-xor nömrələrindən ibarət konsert, vətən müharibəsindəki şanlı qələbəmizə həsr olunmuş tamaşalar, muğam axşamı və digər mədəni tədbirlərin təşkili nəzərdə tutulub.

Sözügedən tədbirlərə rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilərinin, Azərbaycan Dövlət Uşaq Filarmoniyasında və Azərbaycan Dövlət Kukla Teatrında keçiriləcək tamaşalara isə şəhid və qazi övladlarının tamaşaçı qismində dəvəti planlaşdırılır.

Check Also

Dövlət teatrlarında bədii rəhbər və baş rejissor vəzifələri ləğv edilib

Azərbaycanda dövlət teatrlarında bədii rəhbər, baş rejissor, baş rəssam və bu kimi bir sıra digər …