Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycandakı investisiya şirkətlərinin məcmu xalis mənfəəti 3 dəfə artıb

Azərbaycan Mərkəzi Bankından yenicə lisenziya almış “ABB-İnvest”, “CPM-İnvest” və “MFX-Trading” istisna olmaqla, ölkənin qiymətli kağızlar bazarında fəaliyyət göstərən 8 investisiya şirkətinin 2020-ci ildə məcmu xalis mənfəəti 6,3 milyon manat təşkil edib.

Boyukmillet.com xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 2,5 dəfə çoxdur.

İnvestisiya şirkətlərindən 1-i – “Plato Capital and Co.” ötən ili zərərlə başa vurub. Hesabat dövründə onun zərəri azalıb. 2020-ci ildən mənfəətlə çıxmış qalan 7 maliyyə qurumundan isə 1-ü – “Xalq Kapital” mənfəətini azaldıb, qalanları isə artırıb.

Ötən il investisiya şirkətlərinin vergiyəqədərki mənfəəti 8 milyon manat olub ki, bu da əvvəlki ilə nisbətən 2,5 dəfə çoxdur. Maliyyə qurumlarının ayrı-ayrılıqda vergiyəqədərki mənfəətlə bağlı vəziyyəti xalis mənfəətdə olduğu kimidir.

2020-ci ildə investisiya şirkətlərinin məcmu mənfəət vergisi ödəmələri isə 1,7 milyon manat təşkil edib. Bu da illik müqayisədə 2,3 dəfə çoxdur. Maliyyə qurumlarından 2-si – “Plato Capital and Co.” və “Xalq Kapital” vergi ödənişini azaldıb, qalanları isə artırıb.

Check Also

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sıraları genişlənir

Azərbaycanda Qiymətləndiricilər Palatasının yaradılması qiymətləndirmə sektorunda qeyri-peşəkar fəaliyyətlərin qarşısını alacaq Boyukmillet.com xəbər verir ki bu …