Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Azərbaycandakı investisiya şirkətlərinin məcmu xalis mənfəəti 3 dəfə artıb

Azərbaycan Mərkəzi Bankından yenicə lisenziya almış “ABB-İnvest”, “CPM-İnvest” və “MFX-Trading” istisna olmaqla, ölkənin qiymətli kağızlar bazarında fəaliyyət göstərən 8 investisiya şirkətinin 2020-ci ildə məcmu xalis mənfəəti 6,3 milyon manat təşkil edib.

Boyukmillet.com xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 2,5 dəfə çoxdur.

İnvestisiya şirkətlərindən 1-i – “Plato Capital and Co.” ötən ili zərərlə başa vurub. Hesabat dövründə onun zərəri azalıb. 2020-ci ildən mənfəətlə çıxmış qalan 7 maliyyə qurumundan isə 1-ü – “Xalq Kapital” mənfəətini azaldıb, qalanları isə artırıb.

Ötən il investisiya şirkətlərinin vergiyəqədərki mənfəəti 8 milyon manat olub ki, bu da əvvəlki ilə nisbətən 2,5 dəfə çoxdur. Maliyyə qurumlarının ayrı-ayrılıqda vergiyəqədərki mənfəətlə bağlı vəziyyəti xalis mənfəətdə olduğu kimidir.

2020-ci ildə investisiya şirkətlərinin məcmu mənfəət vergisi ödəmələri isə 1,7 milyon manat təşkil edib. Bu da illik müqayisədə 2,3 dəfə çoxdur. Maliyyə qurumlarından 2-si – “Plato Capital and Co.” və “Xalq Kapital” vergi ödənişini azaldıb, qalanları isə artırıb.

Check Also

AQC İdarə Heyətinin sədri Ankarada rəsmi görüşlər keçirib

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun Türkiyəyə səfəri çərçivəsində Ankarada bir sıra …