Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycandakı qeyri-islam dini icmaların nümayəndələri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Azərbaycandakı qeyri-islam dini icmaların nümayəndələri və onların dəvəti ilə ölkəmizə gələn qonaqlar Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

Boyukmillet.com xəbər verir ki, ziyarətdə Azərbaycanda Katolik kilsəsinin Apostol Prefekturası, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, “Azərbaycan Bibliya Cəmiyyəti, Yeddinci Günün Adventistləri, Xilaskar Yevangelik-Lüteranlar, Bakı şəhəri Yeni Apostol, Həyat sözü Xristian, Yevangelist Məsihi Baptistlərinin Aqape, Həyat sözü, Həyatverici lütf, Alov, Vineyard, Krişna Şüuru dini icmalarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

Dini icma təmsilçiləri Memorial Kompleksinin önünə gül dəstələri düzüblər, soyqırımı qurbanlarının xatirəsini yad ediblər, dualar oxuyublar.

Ziyarətçilərə 1918-ci ildə ermənilərin Qubada törətdiyi vəhşiliklər, Azərbaycan xalqının başına gətirilən dəhşətlər və bu qırğınların real nişanələri haqqında ətraflı məlumat verilib.

Qeyd olunub ki, həmin dövrdə təkcə Quba qəzasında 16 782 nəfər öldürülüb, 122 kənd yerlə yeksan edilib. Quba şəhərində 259 ev yandırılıb, 1800 nəfər azyaşlı erməni vandalizminin qurbanı olub.

Dini icma təmsilçilərini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev müşayiət edib.

Check Also

Gündüz İsmayılov: Azərbaycanda hər hansı məzhəbin üstünlüyü konteksində dini təhsil aparılmır

Azərbaycanda hər hansı məzhəbin üstünlüyü konteksində dini təhsil aparılmır. Boyukmillet.com xəbər verir ki, bunu Dini …