Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Azərbaycandakı siyasi partiya sədrlərinin azad edilmiş ərazilərə səfəri başlayıb

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri və bir qrup politoloqun işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb.

Boyukmillet.com xəbər verir ki, Prezident Administrasiyasının təşkilatçılığı ilə həyata keçirilən səfərdə 40 siyasi partiyanın 46 nümayəndəsi, həmçinin 6 tanınmış politoloq, siyasi şərhçi və 19 jurnalist iştirak edir.

Onlar əvvəlcə Cəbrayıl rayonuna səfər edəcəklər. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri tərəfindən iştirakçılara aparılan minatəmizləmə fəaliyyəti barədə geniş məlumat veriləcək.

Daha sonra isə partiya sədrləri Zəngilan rayonuna yola düşəcəklər. Onlar rayonda aparılan bərpa-quruculuq layihələri ilə yaxından tanış olacaqlar.

Qeyd edək ki, bu, iqtidar və müxalifət nümayəndələrinin azad edilmiş ərazilərə sayca dördüncü səfəridir.

Check Also

ETX-nin nəzdində 3 mərkəz yaradılacaq

Bu ilin sonuna kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nəzdində 3 …