Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Azərbaycanın 36 cüdoçusu Antalyaya yollanır

Azərbaycanın cüdo üzrə kişi və qadınlardan ibarət milli komandaları Türkiyənin Antalya şəhərində beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək.

Boyukmillet.com federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, hazırlıq prosesi Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə 9 – 14 yanvarda gerçəkləşəcək.

Antalyaya 24 kişi və 12 qadın idmançı yollanacaq. Kişilərdən ibarət yığmaya baş məşqçi Mövlud Mirəliyev, qadın millisinə baş məşqçi Rəşad Məmmədov rəhbərlik edəcək.

Toplanışa Türkiyə, Niderland, Belçika, Fransa, Yunanıstan, BƏƏ, Gürcüstan və digər ölkələr də qatılacaq.

Xatirladaq ki, milli yanvarın 27-də Portuqaliyanın Odivelas şəhərindəki Qran-pridə və fevralın 3-də Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə çıxış edəcək.

Check Also

Azərbaycan dünya çempionatında 11 boksçu ilə təmsil olunacaq

3-13 dekabr aralığında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək dünya çempionatında Azərbaycanı 11 boksçu təmsil …