Bu gün Türkiyənin Antalya şəhərində start götürəcək Böyük Dəbilqədə Azərbaycan millisinin 7 cüdoçusu mübarizəyə başlayacaq.
Boyukmillet.com-un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov və Rövşən Əliyev yarışa 1/16 finaldan start verəcək. Onlar müvafiq olaraq, livanlı Felipe Dakruz və ukraynalı Dilşot Xalmatovla üz-üzə gələcək.
66 kq-da Yaşar Nəcəfov təsnifatda ABŞ təmsilçisi Adonis Diası, Orxan Səfərov isə 1/16 finalda Sayya Ramires (ABŞ) / Lusian Bors Domitresku (Rumıniya) cütünün qalibini sınağa çəkəcək.
Qadınların mübarizəsində ilk gündə 3 cüdoçu tatamiyə çıxacaq.
48 kq-da Şəfəq Həmidova serbiyalı Andrea Stoyadinovla, Leyla Əliyeva kubalı Aliani Kubkarbonnel Yulianla qarşılaşacaq. Hər iki görüş 1/16 finala təsadüf edəcək.
52 kq-da mübarizə aparan Gültac Məmmədəliyeva isə bu raundda qazaxıstanlı Qaxar İrmaqambetova ilə görüşəcək.
Kişilər
60 kq
1/16 final. Turan Bayramov – Felipe Dakruz (Livan)
1/16 final. Rövşən Əliyev – Dilşot Xalmatov (Ukrayna)
66 kq
Təsnifat. Yaşar Nəcəfov – Adonis Dias (ABŞ)
1/16 final. Orxan Səfərov – İsayya Ramires (ABŞ) / Lusian Bors Domitresku (Rumıniya) cütünün qalibi
Qadınlar
48 kq
1/16 final. Şəfəq Həmidova – Andrea Stoyadinov (Serbiya)
1/16 final. Leyla Əliyeva – Aliani Kubkarbonnel Yulian (Kuba)
52 kq
1/16 final. Gültac Məmmədəliyeva – Qaxar İrmaqambetova (Qazaxıstan)
Qeyd edək ki, yığmanın digər 10 cüdoçusu mübarizəyə 2-3 apreldə qoşulacaq.