Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycanın ABŞ-dəki səfirliyi 20 Yanvar faciəsi ilə bağlı sərgi keçirib

Azərbaycanın ABŞ-dəki səfirliyinin inzibati binası qarşısında 20 Yanvar faciəsi ilə əlaqədar sərgi keçirilib.

Boyukmillet.com xəbər verir ki, sərgidə 1990-cı il 20 yanvar tarixində sovet ordusunun Bakıya qəfil hücumu zamanı yaşanmış dəhşətli yanvar gecəsində lentə alınmış fotoların yer aldığı plakatlar nümayiş etdirilib.

Amerikan ictimaiyyətini məlumatlandırmaq məqsədilə sərgilənən plakatlarda faciə haqqında faktlar da təqdim olunub.

Səfirlik binasının önündən keçən yerli sakinlər plakatlar vasitəsilə 34 il öncə baş vermiş Azərbaycanın müasir tarixinə ən böyük faciələrdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsi barəsində bilgiləniblər.

Sərgi bir həftə ərzində davam edəcək.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …