Cümə axşamı , 9 Aprel 2026
Drone Cameras

Azərbaycanın bank sektorunun aktivləri 8% artıb

Bu il iyulun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 33 069,9 milyon manat təşkil edib.

Boyukmillet.com  Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 8,3% çoxdur.

Bankların aktivlərinin 13 657,7 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 6,1% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 42,1%-dən 41,3%-ə düşüb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 8,8% artaraq 28 220,1 milyon manata, o cümlədən depozit portfeli 14,15% artaraq 22 125 milyon manata çatıb. Bunun 8 270,7 milyon manatı fiziki, 13 854,3 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 8,9%, şirkətlərin banklardakı vəsaitləri isə 17,5% artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə təxminən 3% azalaraq 371,1 milyon manat olub.

Sektorun balans kapitalı isə 5,4% artaraq 4 849,8 milyon manat təşkil edib.

Check Also

Dünya Bankı Azərbaycanda qaz sızmalarının azaldılması üzrə layihənin təsdiqlənmə müddətini dəyişdirib

Dünya Bankı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin qazpaylama şəbəkəsində qaz sızmalarının aşkarlanması …