Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycanın boks yığması Dünya Kubokunu 6 medalla başa vurub

Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya Kubokuna yekun vurulub.

Boyukmillet.com-un məlumatına görə, Azərbaycan millisi 25 ölkədən 176 (58 qız, 118 oğlan) boksçunun qatıldığı yarışı 1 gümüş və 5 bürünc medalla tamamlayıb.

Turnirin finalında Ömər Aslanlı (54 kq) meksikalı Andrey Bonilya ilə üz-üzə gəlib. Rəqib qələbə qazandığından Azərbaycan təmsilçisi ikinci yeri tutub.

Beləliklə, yığmanın Budvada qazandığı medalların sayı 6-ya çatıb. Aslanlıdan öncə Məhəmmədəli Aşurəliyev (57 kq), Ziya Həsənov (71 kq), Nərmin Əlizadə (50 kq), Aynur Mikayılova (52 kq) və Emili Rzayeva (66 kq) bürünc mükafata sahib olublar.

Check Also

Azərbaycan şpaqaçısı Türkiyədə qızıl medal qazanıb

Azərbaycanın gənc şpaqaçısı Xədicə Həsənli Türkiyənin Konya şəhərində keçirilən qılıncoynatma üzrə açıq turnirdə qızıl medal …