Bazar , 28 Aprel 2024
Drone Cameras

Azərbaycanın daha 7 güləşçisi Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha 7 güləşçisi Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatında çıxış edəcək.

Boyukmillet.com xəbər verir ki, medallar uğrunda 5 kişi və 2 qadın təmsilçimiz mübarizə aparacaq.

Məşqçilər korpusunun etimadını Ceyhun Allahverdiyev (61 kq), Orxan Abbasov (79 kq), Fərid Cabbarov (86 kq), Zəfər Əliyev (97 kq), Rahid Həmidli (125 kq), Gültəkin Şirinova (53 kq) və Ruzanna Məmmədova (59 kq) doğrultmağa çalışacaqlar.

Qeyd edək ki, Azərbaycan güləşçiləri mundialın ilk günündə 4 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq), Turan Bayramov (74 kq) və İbrahim Yusubov (92 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Elnurə Məmmədova (50 kq) ikinci, Nərgiz Səmədova (55 kq) isə üçüncü yeri tutub.

Check Also

Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Bu gün futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, yarımfinalın ilk matçında …