Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Azərbaycanın daha bir boksçusu dünya çempionatında mərhələ adlayıb

Azərbaycanın daha bir boksçusu İngiltərənin Liverpul şəhərində təşkil olunan dünya çempionatında mərhələ adlayıb.

Boyukmillet.com Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Sübhan Mamedov (50 kq) 1/16 finalda Fredelin De Los Santosu (Dominikan Respublikası) 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub edib.

O, 1/8 finalda Samet Gümüşlə (Türkiyə) qarşılaşacaq. Döyüş sentyabrın 9-da olacaq.

Qeyd edək ki, daha öncə Zaur Qəhrəmanovla (65 kq) Səidcəmşid Cəfərov (75 kq) da mərhələ adlayıb. Mundialın üçüncü günündə millimizin bir boksçusu rinqə çıxacaq.

Check Also

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərova qarşı intizam tədbirləri görüb

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovla bağlı daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb. Bu barədə “Report”un …