Azərbaycanın daha iki təmsilçisi Rumıniyanın Konstanta şəhərində keçirilən çimərlik güləşi üzrə gənclərin dünya çempionatında qüvvəsini sınayıb.
Boyukmillet.com xəbər verir ki, 70 kq-da çıxış edən Rübail İbrahimli startda yerli Ferents Şiki çətinliklə üstələyib. Daha sonra ukraynalı Andrey Jeliyevə məğlub olan idmançı növbəti görüşündə moldovalı Alin Kiorikiyə qalib gəlib. Yarımfinalda Moldovanın digər təmsilçisi Serciu Lupeskunu məğlub edən İbrahimli qızıl medal uğrunda qarşılaşmada ukraynalı Andrey Jeliyevə uduzaraq, ikinci yeri tutub.
80 kq-da yarışan və mübarizəyə təsnifat mərhələsindən başlayan Fərid Cabbarov isə bütün rəqiblərinə qalib gələrək çempion olub.
70 kq
1-ci görüş: Rübail İbrahimli – Ferents Şiki (Rumıniya) – 2:1
2-ci görüş: Rübail İbrahimli – Andrey Jeliyev (Ukrayna) – 1:3
3-cü görüş: Rübail İbrahimli – Alin Kioriki (Moldova) – 3:1
1/2 final: Rübail İbrahimli – Serciu Lupesku (Moldova) – 3:1
Final: Rübail İbrahimli – Andrey Jeliyev (Ukrayna) – 0:3
80 kq
Təsnifat: Fərid Cabbarov – Konstantin Manea (Rumıniya) – 3:0
1-ci görüş: Fərid Cabbarov – Razvan Pavalaç (Rumıniya) – 3:0
2-ci görüş: Fərid Cabbarov – Oleq Mixov (Ukrayna) – 3:0
3-cü görüş: Fərid Cabbarov – Anton Deyneka (Ukrayna) – 3:0
1/2 final: Fərid Cabbarov – Virgil Qosa (Rumıniya) – 3:0
Final: Fərid Cabbarov – Oleq Mixov (Ukrayna) – 3:0
Qeyd edək ki, ötən gün dünya çempionatında Hüseyn Əliyev (70 kq) qızıl, Musa Ağayev (60 kq) isə gümüş medal qazanıb. Mundialda beynəlxalq dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyub.