Cümə , 5 Dekabr 2025
Drone Cameras

Azərbaycanın dövlət şirkətləri arasında qeyri-neft-qaz ixracının həcminə görə liderlər açıqlanıb

Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında 10 dövlət şirkətinin ixrac etdiyi qeyri-neft-qaz məhsullarının ümumi dəyəri ötən ilin eyni dövrü (839,8 milyon ABŞ dolları) ilə müqayisədə 123,85 milyon ABŞ dolları və yaxud 14,75 % artaraq 963,7 milyon ABŞ dolları təşkil edib.

Boyukmillet.com-un İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, qeyri-neft sektorunda ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin siyahısına 35,7 % payla Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi liderlik edib.

Dövlət şirkətlərinin ixrac həcminə görə reytinqi:

Şirkət2025-ci ilin yanvar-oktyabr aylarında ixracın həcmi (milyon ABŞ dollar ilə)2024-ci ilin yanvar-oktyabr aylarında ixracın həcmi (milyon ABŞ dollar ilə)Faiz fərqi
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi344,1344,5-0.12 %
“SOCAR Polymer” MMC223,3218,82.06 %
“AzerGold” QSC196,311078.45 %
“Azəralüminium” MMC103,8118,7-12.55 %
SOCAR-ın Qaz İxrac İdarəsi57,20
“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC33,346,7-28.69 %
“SOCAR-Dalğıc” MMC1,90
“İstisu Mineral Su Zavodu” MMC1,60
“Azərbaycan Dəmir Yolları” QSC1,50,266463.91 %
Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti0,680,867-21.57 %

Hesabat dövründə Azərbaycanın qeyri-neft ixracı 6,6 % artaraq 3 milyard ABŞ dollarına çatıb.

Check Also

Türk coğrafiyasındakı bütün qiymətləndiricilər vahid platformada birləşəcək

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) müvəqqəti ofisində Qırğızıstan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının …