Şənbə , 28 Mart 2026
Drone Cameras

Azərbaycanın Ermənistana təhvil verdiyi zabit həbs olunub

Azərbaycanın təhvil verdiyi Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, mayor Narek Yeremyan İrəvanda həbs edilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə onun vəkili Karmen Poqosyan məlumat verib.

Vəkil bildirib ki, N.Yeremyan barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Vurğulanıb ki, bir müddət əvvəl məhkəmə tabor komandirinin müavini olmuş N.Yeremyanın həbsi ilə bağlı vəsatətindən imtina, prokuror isə öz növbəsində məsələyə dair apellyasiya protesti verib.

Məlumata görə, mayor xidməti qaydaları pozmaqda ittiham olunur.

O, barəsində irəli sürülən ittihamları etiraf edib.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …