Cümə , 17 Aprel 2026
Drone Cameras

Bu gün Azərbaycanda vəkillərin peşə bayramı günüdür

Bu gün Azərbaycanda vəkillərin peşə bayramı günüdür.

Boyukmillet.com xəbər verir ki, 28 dekabr – “Vəkil günü” münasibətilə Vəkillər Kollegiyasının rəhbərliyi və üzvləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Heydər Əliyevin xatirəsini ehtiramla yad edən vəkillər onun məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2019-cu il dekabrın 25-də imzaladığı sərəncama əsasən, dekabrın 28-i Azərbaycanda vəkillərin peşə bayramı günü kimi təsis edilib.

Yazıya Bax

Check Also

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Milli Məclisin 21 aprel tarixli iclasının gündəliyi açıqlanıb. Parlamentdən  verilən məlumata görə, gündəliyə 8 məsələ …