İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli qarşıdan gələn parlament seçkilərində BAXCP sədri Qüdrət Həsənquliyevlə rəqib olacaq. O, açıqlamasında namizədliyini 36 saylı Xətai dördüncü seçki dairəsindən irəli sürəcəyini təsdiqləyib: “Qüdrət bəy sonuncu dəfə mənim doğulub,boya başa çatdığım Ordubaddan deputat seçilmişdi. Mən böyük məmnuniyyətlə onunla həmin dairədən yarışacağımızı gözləyirdim. Amma nədəndirsə, Həsənquliyev bu dəfə ordan şansını sınamaq istəməyib. Əminəm ki, Azərbaycanın istənilən bölgəsində onun üzərində parlaq qələbə qazanmaq gücündəyəm”.
Check Also
ABŞ Venesuelaya qarşı mühüm məhdudiyyəti aradan qaldırır
ABŞ Maliyyə Nazirliyi Venesuelanı Amerika investisiyalarına ciddi məhdudiyyətlər tətbiq edən ölkələr siyahısından çıxarmaq niyyətindədir. Boyukmillet.com …
Boyukmillet.com Biz yanmasaq vətən yanar
